Arda Turan: “Anamı ağlatdılar, bunun əvəzini bir-bir çıxacam”

  • By admin
  • 22 İyun 2016 10:43

Arda Turan

 

HTML tutorial

“Sona kimi mübarizə apardıq. Qələbə qazandığımız üçün xoşbəxtik”. Gununsesi.info xəbər verir ki, bu sözləri Türkiyə yığmasının kapitanı Arda Turan deyib.

 

AÇ-2016-nın qrup mərhələsində Çexiya üzərində qələbə (2:0) qazanan türkiyəlilər növbəti mərhələyə çıxmaq şanslarını saxlayıblar.

 

Matçdan sonra fikirlərini bölüşən Arda bəzi insanlardan incidiyini gizlətməyib.

 

İspaniya ilə oyundan sonra sərt şəkildə tənqid edilən 29 yaşlı yarımmüdafiəçi hər kəsin cavabını verəcəyini bildirib: “İndi digər qrupdakı nəticələri gözləməliyik. İnşallah, dualarla ən yaxşı üçüncülərin sırasına daxil olarıq. Mənim əhvalım həyatım boyu oyunumla paralel oldu. Biz heç vaxt pulun həvəsində olmadıq. Amma çox haqsızlıq edildi. Özümüzü qoyuram bir kənara, anamı ağlatdılar. Heç olmasa, bunu etməyəydilər. Bəziləri bağışlamayacağam. Narahat olmasınlar, bunun əvəzini hər kəsdən bir-bir çıxacağam”.

 

Qeyd edək ki, Çexiya ilə matçdan öncə Ardanın AÇ-2016-dan sonra yığma karyerasını bitirəcəyi haqda söz-söhbətlər yayılmışdı.