Arda Turan qardaşı üçün əlini cibinə saldı - O, OKAN TURANA VİLLA KİRAYƏLƏYİB

  • By admin
  • 20 Aprel 2017 23:29

 

arda ve kardasi

İspaniyanın “Bercelona” futbol klubunda oynayan məşhur futbolçu Arda Turan qardaşı, “Eşkiya dünyaya hükümdar olmaz” serialında rol alan aktyor Okan Turana villa kirayələyib.

Gununsesi.info-nun habertürk-ə istinadən verdiyi məlumata görə, Arda Turan aylıq 15 min TL (təxminən 7 min manat) dəyərində villanın bir illik kirayə haqqını öncədən ödəyib.

Arda Turanın “Bahçeköy”dəki villasını isə kirayə verəcəyi deyilir.

Gununsesi.info