
“Barcelona” futbol klubunun türkəsilli ulduz oyunçusu Arda Turanın qumarda böyük məbləğdə pul uduzduğu idda edilir.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda İspanyanın “Katalonya” radiosu məlumat yayıb.
Belə ki, bir müddət əvvəl futbol üzrə Türkiyə Milli Komandasının əsas oyunçularından olan Arda Turan barədə “Katalonya” Radiosunda yayımlanan xəbər gündəmi zəbt edib. 30 yaşlı futbolçu qumarda pul qazanmaq istəsə də, arzusu ürəyində qalıb.
Anar
Gununsesi.info