Arda Turandan şok qərar

  • By admin
  • 06 İyun 2017 19:55

arda

 

Jurnalist Bilal Meşeyə hücum çəkdiyi üçün Türkiyə mlli komandasının Sloveniyadakı təlim-məşq toplanışından qovulan Arda Turan gözlənilməz qərar alıb.

“Qafqazinfo” CNN Türk-ə istinadən xəbər verir ki, 30 yaşlı futbolçu hadisədən sonra mətbuata açıqlama verərək milli komanda karyerasını bitirdiyini söyləyib.

Futbolçu etdiyi hərəkətə və aldığı qərara görə peşman olmadığını deyib:

“Özümü quş kimi hiss edirəm. Haqqımda yazılanlar təkrarlanarsa yenə eyni reaksiyanı verərəm. Ölkəmi, bayrağımı sevirəm və hər zaman bunun üçün mübarizə apardım. Hər kəsə təşəkkür edirəm. Milli komanda karyeramı bitirirəm”.

Qeyd edək ki, hadisə dünən axşam Türkiyənin Makedoniya ilə keçirdiyi yoldaşlıq görüşündən sonra baş verib. Arda Turan təyyarəyə minərkən haqqında yalan məlumatlar yazdığını iddia etdiyi Bilal Meşeyə hücum edərək boğazını sıxıb və söyməyə başlayıb.

 

Gununsesi.info