Artur Rasi-zadə iclas keçirdi - BÜDCƏYƏ DƏYİŞİKLİK EDİLİR

  • By admin
  • 27 Sentyabr 2017 17:36

neft-fondu-1

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Fondun İctimaiyyətlə əlaqələr sektorundan Gununsesi.info-ya verilən məlumata görə, baş naziri, ARDNF-nin Müşahidə Şurasının sədri Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2017-ci il büdcəsində dəyişikliklərin edilməsi məsələsinə baxılıb.

Müşahidə Şurası təqdim olunmuş ARDNF-nin 2017-ci il büdcəsinə dəyişiklikləri məqbul hesab edib və həmin dəyişikliklərin təsdiq olunmaq üçün Azərbaycan prezidentinə təqdim olunması barədə qərar qəbul edib.

Gununsesi.info