ARDNF valyuta hərraclarında satdığı dolların həcmini açıqladı

  • By admin
  • 02 Fevral 2017 10:44

neft-fondu-1

Yanvar ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən valyuta hərraclarında satılan vəsaitin məbləği açıqlanıb. 

Fonddan Gununsesi.info-ya verilən məlumata görə, ötən ay ARDNF tərəfindən valyuta hərraclarında 285 mln. ABŞ dolları məbləğində vəsait satılıb.

Qeyd edək ki, sonuncu dəfə Azərbaycan Mərkəzi Bankında valyuta hərracı yanvarın 31-də keçirilib. ARDNF-nin də iştirakı ilə keçirilmiş hərracda manatın orta çəkili məzənnəsi 1,9200 səviyyəsində formalaşıb.

Gununsesi.info