Arestoviç: Ukraynada atəşkəs razılaşması yanvarın 25-də bağlana bilər

  • By Günel
  • 10 Dekabr 2024 08:29

Ukrayna prezidenti Volodimir Zelenskinin ofisinin keçmiş müşaviri Aleksey Arestoviç Ukraynada atəşkəs razılaşmasının yanvarın 25-də bağlana biləcəyini güman edir.

Gununsesi.info xəbər verir ki, bu barədə “Strana.ua” məlumat yayıb.

Onun sözlərinə görə, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp yanvarın 20-də andiçmə mərasimindən dərhal sonra münaqişənin qaynar fazasını dayandırmağı təklif edə bilər.

Gununsesi.info