Argentina prezidenti: “Messi Dünya çempionatı-2018-də çıxış edəcək”

  • By admin
  • 05 Avqust 2016 22:59

Barcelona : FC Barcelona's Lionel Messi reacts after scoring during a Spanish La Liga soccer match between FC Barcelona and Espanyol at the Camp Nou stadium in Barcelona, Spain, Sunday, May 8, 2016. AP/PTI(AP5_8_2016_000173B)

Barselona” futbol klubunun hücumçusu Lionel Messi 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə Dünya çempionatında Argentina milli komandasının heyətində çıxış edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Argentina prezidenti Maurisio Makriyə istinadən ESPN telekanalı məlumat yayıb.

Argentina millisi iyunun 27-də Amerika Kubokunun finalında Çiliyə məğlub olduqdan sonra 20 yaşlı futbolçu Lionel Messi milli komandanın heyətində karyerasını başa vurduğunu bəyan etmişdi.

“Messi Rusiyada keçiriləcək Dünya çempionatında iştirak edəcək və komandamızın lideri olacaq. Əminəm ki, o, yenə ən yaxşılardan biri olacaq”, – deyə Makri bildirib.

 

Gununsesi.info