Argentina Ukraynaya hərbçilərin yerləşdirilməsinə icazə verdi

  • Müəllif: Şəbnəm
  • 14 Sentyabr 2025 11:13

Argentinanın Rusiyadakı səfiri Enrike İqnasio Ferrer Vieyra bildirib ki, hökumət müvafiq müraciət alacağı təqdirdə, Ukraynaya sülhməramlı qüvvələr göndərilməsi məsələsini nəzərdən keçirə bilər.

Bu barədə Gununsesi.info  xarici mediaya istinadən xəbər verir.

Onun sözlərinə görə, Argentina əvvəllər BMT missiyalarında iştirak edib və bu təcrübəni Ukrayna kontekstində də tətbiq etmək mümkündür.

Səfir əlavə edib ki, Buenos Ayres sülhün güc tətbiq edilmədən əldə olunmasını istəyir.

Qeyd edək ki, ötən həftə Rusiya prezidenti Vladimir Putin isə xəbərdarlıq etmişdi ki, Ukraynaya xarici qoşunların yerləşdirilməsi onları “qanuni hədəf”ə çevirəcək.

 

Şəbnəm

Gununsesi.info