Argentina Ukraynaya iki Rusiya helikopteri verəcək

Argentinanın Hərbi-Hava Qüvvələri Ukraynaya 2 ədəd Rusiya istehsalı “Mi-171E” helikopteri verəcəyini açıqlayıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə məlumatı yerli “Noticias Urbanas” portalı yayıb.

Bildirilir ki, sözügedən helikopterlərin hazırda təmirə ehtiyacı olduğundan uçuşlar üçün istifadə olunmur. Argentinanın helikopterləri ödənişsiz verəcəyi iddia olunur.

Rusiyanın Argentinadakı Səfirliyi isə bu məsələ barəsində rəsmi məlumata sahib olmadığını bildirib.

Qeyd edək ki, “Mi-171E” mülki nəqliyyat helikopteri 2011-ci ildə Argentinaya verilib. Bu zaman Buenos-Ayres daha bir neçə helikopter almağı planlaşdırırdı.

 

Gununsesi.info