
Futbol üzrə Amerika Kubokunun ikinci finalçısının adı məlum olub.
Gununsesi.info xəbər verir ki, yarımfinalda Argentina ilə Kolumbiya yığması üz-üzə gəlib.
Oyunun əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb.
Penaltilər seriyasında isə Lionel Messinin komandası üstün (3:2) olub.
Beləliklə finalda Braziliya və Argentina yığmaları qarşılaşacaq.
Xatırladaq ki, turnirə ev sahibliyini Braziliya edir.