Argentinada çay rəngini qəfil dəyişdi

  • By Günel
  • 08 Fevral 2025 08:55

Argentinada Buenos -Ayresin ətrafından axan Sarandi çayının rəngi qəfil dəyişərək qırmızı olub.

Gununsesi.info “Sky News”a istinadən xəbər verir ki, Sarandi çayının rəngini dəyişməsi tez-tez baş verir.

“Mən ömrüm boyu burada yaşamışam. Bu gün bizdə çay qırmızı oldu. Mən bu çayın boz, yaşıl, bənövşəyi, mavi, qəhvəyi rənglərini də görmüşəm”, – yerli sakin jurnalistlərə deyib.

Yerli ekoloqlar əlavə araşdırma üçün artıq qırmızı sudan nümunələr götürüblər.

Ehtimal edilir ki, çayın kənarında çoxlu sayda zavodlar olduğu üçün onun rəngi tez-tez dəyişir.

Gununsesi.info