Argentinada eniş zamanı şəxsi təyyarə uçuş-enmə zolağından çıxıb və yaşayış məntəqəsinə çırpılıb: - İki ölü, bir yaralı

  • Müəllif: Orxan
  • 20 Dekabr 2024 10:35

Argentinada eniş edən şəxsi təyyarə uçuş-enmə zolağından çıxaraq yaşayış məntəqəsinə çırpılıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

Hadisə yerinə çoxlu yanğınsöndürən və təcili yardım maşınları göndərilib.

Səlahiyyətlilər təyyarənin vurulduğu evlərdən birində yaşayan 73 yaşlı şəxsin müalicə üçün xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Orxan Saffari

Gununsesi.info