
Argentinada üçrəqəmli inflyasiya ilə mübarizə başa çatıb. İnflyasiya son dörd ilin ən aşağı səviyyəsinə düşüb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Argentinada inflyasiya prezident Xavyer Mileinin vəzifəyə başlamasından bəri ən aşağı səviyyəyə düşüb.
İllik istehlak inflyasiyası son 2 ildə ilk dəfə olaraq 100%-dən aşağı düşüb. Cənubi Amerika ölkəsində yanvar ayında aylıq inflyasiya 2,2 faizə enərək 2020-ci ilin ortalarından bəri ən aşağı səviyyəyə çatıb.
İllik inflyasiya da 84,5 faizə düşüb. Bu inkişaf bir ildən çox əvvəl vəzifəyə başlayan və sərt qənaət siyasəti həyata keçirən prezident Milei üçün əhəmiyyətli iqtisadi qazanc hesab olunur.
Milei Beynəlxalq Valyuta Fondu (BVF) ilə yeni saziş üzrə danışıqları davam etdirir.
Orxan Saffari