Argentinayla Uruqvay DÇ-2030-a birgə namizədliklərini irəli sürdü

  • By admin
  • 29 İyul 2017 23:48

uruq

Argentina və Uruqvay futbol üzrə DÇ-2030-a birgə namizədliklərini irəli sürüblər.

Gununsesi.info-nun APA-ya istinadən  xəbərinə görə, bu barədə AS qəzetinin müxbiri Vera Brunatti özünün “Tvitter”səhifəsində yazıb.

Məlumata əsasən, iki ölkənin federasiya nümayəndələri avqustun 2-də birgə mətbuat konfransı keçirərək namizədliklərini irəli sürdüklərini rəsmən elan edəcəklər.

Qeyd edək ki, Uruqvay 1930-cu ildə futbol üzrə ilk dünya çempionatına sahiblik edib və turnirin qalibi olub. Argentina 1978-ci ildə “mundial”i qəbul edib və dünya çempionu olub.

Gununsesi.info