“2016-cı ilin əvvəlinəölkənin arıçılıq təsərrüfatlarında olan arı ailələrinin sayı 250 mindən çoxdur, arıçıların sayı isə 8-10 min arasında dəyişir. Hazırda ölkədə hər bir arı təsərrüfatına orta hesabla 25-31 arı ailəsi düşür. Bu, çox azdır”.
Gununsesi.info xəbər verir ki, bu haqda iqtisadçı-ekspert Samir Əliyev İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi və Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun “Azərbaycanda arıçılıq sektorunun iqtisadi perspektivləri” mövzusunda düzənlədndiyi dəyirmi masa bildirib. Ekspertin hesablamalarına görə, arı təsərrrüfatının gəlirli işləməsi üçün hər bir belə təsərrüfat ən azı 200 arı ailəsinə xidmət göstərməlidir: “Arı ailələri ölkənin regionlarıüzrə bərabər paylanmayıb. Mütəxəsissislər ölkədə arı ailələrinin sayının 600-700 minəçatdırmaq potensialının olduğunu bildirir və Aran regionun arıçılıq üçün əlverişli olduğunu qeyd edirlər. Ancaq Aran regionunda kənd təsərrüfatı məhsullarının intensiv əkini arıçılıq üçün problemlər yaradır”.
Təsərrüfat sahibləri arıçılıq sahəsində müəyyən biliyə malik olsalar da, xırda istisnalarla onların fəaliyyəti daha çox həvəskar fəaliyyətdən ibarətdir. S.Əliyev əlavə edib ki, ölkədə istər arı xəstəlikləri, istər arıların bəslənməsi, istərsə də arıçılıq təsərüüfatlarının idarəedilməsi üzrə mütəxəssis qıtlığı mövcuddur: “Hazırki tədris müəssisələri arıçılıq üzrə kadrlar hazırlamır, arçılıq ixtisası yoxdur. Heyvan xəstəliyi üzrə ixtisaslaşan baytarların arı xəstəlikləri barədə bilikləri kifayət etmir.
Təqdimatçı tədqiqatın ortaya çıxartdığı nəticələri dəyirmi masa iştirakçılarının diqqətinə çatdırıb:
Arı ailələrinin sayında artım müşahidə edilir.
Ölkədə arı ailələrinin sayı az olsa da son dövrlər artım tendensiyası göstərir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2006-2015-ci illərdəölkəüzrə arı ailələrinin sayı 2 dəfədən çox artaraq 115618-dən 251233-ə yüksəlib.
Arı ailələrinin 248668-i ailə kəndli və ev təsərrüfatlarının, 914-ü fərdi sahibkrların payına düşür.Arı ailələrinin uçotu düzgün aparılmır.
Dövlət Statistika Komitəsinin rəsmi internet saytında, dövlət qurumları ilə müzakirələrdə, arıçılarla söhbətdə arı təsərrüfatlarının dəqiq sayını müəyyənləşdirmək mümkün olmayıb.
Yerli təbii bal istehsalı tələbatıödəmir. Yerli təbii bal istehsalının illik həcmi təxminən 2400-2500 tondur. Son 10 ildə təbii bal istehsalı 2 dəfədən çox artıb.
Dövlət Gömrük Komitəsinin rəsmi məlumatına görə, 2015-ci ildə Azərbaycana 69,66 ton həcmində təbii bal idxal olunub və son illər artım müşahidə edilir.
Təbii balın ixrac potensialı zəifdir. Araşdırma nəticəsi göstərdi ki, təbii bal ixracına həm maya dəyərinin baha olması, həm də lazımi həcmdə olmaması mane olur. 2015-ci ildə ixracın orta qiyməti təbii balın hər kq-ıüçün 11,2 dollar olub.
Bu dövrdə idxal olunan ən bahalı Fransa balı 2 dəfə ucuz – 6,71 ABŞ dolları olub. İdxal olunan təbii balın 1 kq-nın orta qiyməti 1,5-2.5 ABŞ dolları olub. Arıların balverimi məhsuldarlığıçox aşağıdır. Azərbaycanda arı ailələrinin balverimi səviyyəsi ilə bağlı vahid statistik bazası məlumat yoxdur.
Tədqiqatdan məlum olub ki, arı təsərrüfatlarında balverimi səviyyəsi 5-20 kq invervalında dəyişir.Xarici ölkələrin təcrübələri göstərir ki, bəzi ölkələrdə arı ailələrinin balverimi səviyyəsi 40-50 kq-a çatır. Təbii balın satış problemi yoxdur.
Ölkədə təmiz və keyfiyyətli bala tələbat yüksək olaraq qalır.Təbii balın satışı,əsasən, pərakəndə qaydada həyata keçirilir.Topdansatış kanalları mövcud deyil.Pərakəndə satış ticarət şəbəkələrində satış, fərdi satış və müvafiq dövlət qurumlarının təşkil etdiyi yarmarkalarda satışdan ibarətdir.Arıçılıq təsərrüfatları satışıəsasən, fərdi qaydada, öz təsərrüfatında həyata keçirməyəüstünlük verir. Arıçıların beynəlxalq təmsilçiliyi zəifdir.
Azərbaycanın Arıçılar Assosiasiyasının Beynəlxalq Federasiyası olan Apimondiyada təmsilçiliyi yoxdur.Apimondiyanın hazırda 94 tam, 20 assosiativ üzvü var. Keçmiş SSRİölkələrinin demək olar hamısı həmin qurumda bir və ya iki təşkilatla təmsil olunur.
Damazlıq-seleksiya işləri sistemsiz aparılır. Arıların cırlaşması məhsuldarlığa mənfi təsir göstərir.Mütəxəssislər bunun səbəbini damazlıq-seleksiya işlərinin xaotik, sistemsiz aparılması iləəlaqələndirirlər.Arı cinsləri ancaq elmi-tədqiqat məqsədilə idxal olunmalı olduğu halda bəzən icazəsiz olaraq arıçıların şəxsi təşəbbüsü ilə yeni arı cinsləri gətirirlər.Bu isə sonda arı cinslərinin bir-biri ilə qarışaraq onların cırlaşmasına gətirib çıxarır.Arıçılıq üzrə kadr qıtlığı mövcuddur.
Araşdırma göstərir ki, ölkədə kifayət qədər arıçılıq təsərrüfatlarının olmasına rəğmən bu sahədə peşəkar kadrlar yox dərəcəsindədir.Müşahidələr, ekspert müzakirələri göstərir ki, ölkədə istər arı xəstəlikləri, istər arıların bəslənməsi, istərsə də arıçılıq təsərüüfatlarının idarəedilməsi üzrə mütəxəssis qıtlığı mövcuddur.Hazırki tədris müəssisələri arıçılıq üzrə kadrlar hazırlamır, arıçılıq ixtisası yoxdur.Heyvan xəstəliyi üzrə ixtisaslaşan baytarların arı xəstəlikləri barədə bilikləri kifayət etmir.
Lazımi laboratoriyalar yoxdur. Təbii balın keyfiyyətini ölçmək və arı xəstəliklərinin analizi üçün zəruri laboratoriyalar yoxdur.
Balın keyfiyyətini analiz edərkən balın hansı bitkidən çəkildiyini, balın tərkibində GMO-nun mövcudluğu müəyyənləşdirmək mümkün deyil.
Mövcud laboratoriyalar arıçılıqda olan probemləri tam müəyyənləşdirməyə imkan vermir.Təbii balın istehlak həcminin uçotu aparılmır. Dövlət Statistika Komitəsi ildəərzindəölkədə istehlak olunan təbii balın həcmi barədə statistik məlumata malik deyil.
Rəsmi statistikaya görə, əhalinin illik istehlakı təxminən 1000 tona bərabərdir.Müstəqil ekspertlər hesab edir ki, ölkənin illik istehlak potensialı 4000-4500 ton civarındadır.
Sonda S.Əliyev Azərbaycanda arıçılığın inkişafıüçün təklifləri səsləndirib.
Sonra məruzəçi iştirakçıların suallarını cavablandırdı.
Qax rayonu Bal Evinin rəhbəri Bədrəddin Həsrətovun fikrincə, ölkədə laboratoriya imkanları, kadr bazası zəifdir, beynəlxalq əlaqələr zəifdir, yeganə olaraq arıçılar var. Arıçıya görəölkədə arıçılığln inkişafıüçün arıçıların bir təşkilatda birləşməsi və beynəlxalq təşkilatlarda təmsil olunması təmin edilməlidir. Arıçı diqqəti damazlıq-seleksiya işlərinə dəçəkdi.
Kənd təsərrüfatı mütəxxəsisi Famil Baxışov arıçılığın inkişaf amillərindən biri də bu sahədə təhsilin gücləndirilməsidir.Onun fikrincə, texniki-peşə məktəblərində arıçılıqla bağlı ixtisaslar yaradılmalıdır.Çıxışçı həmçinin aqrar sahədə televiziya kanalının açılmasını, xarici ölkələrdə innovativ texnologiyaların ölkəmizə gətirilməsini təklif edib.
Vüsalə RÜSTƏMOVA
Gununsesi.info