Dünya ulduzu Ariana Qrande azərbaycanlı modellə çalışacaq - FOTO

  • By admin
  • 11 Dekabr 2019 10:45

Dünyaca məşhur müğənni Ariana Qrande azərbaycanlı dizaynerlə əməkdaşlıq etməyə başlayıb.

Gununsesi.org xəbər verir ki, 26 yaşlı pop ifaçısı Türkiyədə fəaliyyət göstərən modelyer Rüfət İsmayıla müraciət edib. Bu barədə Rüfət “1-AzTV” şou proqramında məlumat verib:

“Həm Ariana, həm də rəqqasları üçün paltar hazırlayırıq. Dörd ay müddətinə dünya turuna çıxacaq.16 dizayner Ariananın geyiminin üzərində işləyir. O dizaynerlər arasında mən də varam. Artıq paltarlar iki həftəyə bitəcək. Hazırladığım libasları hansı konsertinə geyinəcəyi barədə məlumatım yoxdur”.

Gununsesi.org