Arif Əliyevin yeni kitabının təqdimatı olacaq - ƏSƏR CÜMHURİYYƏT TARİXİMİZİN SON GÜNÜNDƏN BƏHS EDİR

  • By admin
  • 24 May 2017 11:10

arif-eliyev kitab

Mayın 27-də tanınmış jurnalist Arif Əliyevin Cümhuriyyət tariximizin son günü haqqında yazdığı “Yalama” bədii-sənədli əsərinin təqdimatı olacaq.

Gununsesi.info xəbər verir ki, kitab 70 minlik işğalçı sovet ordusunun qarşısına çıxaraq, son damla qanına qədər vuruşan 350 gənc Azərbaycan əsgəri haqqında maraqlı bir hekayətdir.

Kitabdan yığılan vəsait müəllifin eyni mövzuda yazdığı “Bəyaz ruhlar qatarı” pyesinin  səhnələşdirilməsinə sərf olunacaq.

Təqdimat mərasimi “28 may” metrostansiyasının yaxınlığındakı “Loqin” kitab mağazasında keçiriləcək. Tədbirə qatılmaq istəyənlər saat 12-15 arasında həmin mağazaya gələ bilərlər. Mərasimə hər kəs dəvətlidir.

Gununsesi.info