Arif Əsgərovun sürücüsü məhkəmədə ifadə verdi - "ONUN BAŞQALARINA DA XEYLİ BORCU VAR"

  • By admin
  • 19 Mart 2018 12:25

Nəqliyyat Nazirliyi 2017-ci ilin fevralında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə  birləşdirilənə qədər nazir müavini, ondan əvvəl isə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri olmuş Arif Əsgərovgilin sürücüsü Əlihüseyn Məmmədov martın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verib.

Gununsesi.info xəbər verir ki, o, Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovun məhkəməsində dindirilib.

Şahid Ə.Məmmədov bildirib ki, təqsirləndirilən R.Hüseynov ev tikmək adı ilə ondan 40 min manat pul alıb.Ə.Məmmədovun sözlərinə görə, bir müddət sonra o, eşidib ki, Rahibin başqalarına da xeyli borcu var: “Pulumu  ala bilməyəndə polisə şikayət etdim. Bundan sonra aldım”.

Bu iş üzrə məhkəmə aprelin 4-də davam edəcək.

R.Hüseynov CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunur. İttihamda yazılıb ki, R.Hüseynov dəmir yoluna air avadanlıqların gətirilməsi ilə bağlı biznes adı ilə adamlardan pul alıb qartarmayıb. Bu işdə sabiq nazir müavininin oğlu, eyni zamanda, R.Hüseynovun xalası oğlu olan Elnar Əsgərovun da adı hallanır. O, məhkəmədə də dindirilib. Dindirmə zamanı xalaoğulları arasında qalmaqal yaşanıb. Çünki R.Hüseynov vəzərərçəkmişlərin bəziləri pulların Elnar Əsgərova çatdığını iddia edir. O isə əksinə, xalası oğlunu onların adından sui-istifadə etməkdə günahlandırır.

Gülər

Gununsesi.info