Arif Babayev “Flora və Zeynəb davası” barədə: “ Gənclər baxıb nə örnək götürsün?” “Gənclər baxıb nə örnək götürsün?” (ÖZƏL)

  • By admin
  • 28 Avqust 2016 09:54

hqdefault (2)

Xalq artisti Flora Kərimovanın millət vəkili, Xalq artisti Zeynəb  Xanlarova haqqında söylədiyi sərt fikirlər medianın manşet xəbərlərinə çevrilib. Böyük əksəriyyət hələ də çaşqınlıq içərisindədir, onlar bu fikirlərin nədən qaynaqlanmasını anlamaqda çətinlik çəkir.

Gununsesi.info xəbər verir ki, Xalq artisti Arif Babayev də saytımıza açıqlamasında baş verənlərdən təəssüfləndiyini bildirib:

“Çox heyif ki, biz belə bir şeylər görürük. Hər ikisi böyük sənətkardır… Mən istəmirəm onların işinə qarışım. Hər ikisi xanımdır. Gənclər baxıb nə örnək götürsün? Gənclər yaxşı şey görməlidir ki, sabah elə bir hərəkəri o da etməsin. Hər ikisi neçə illərdir sənətdədir,  hər ikisi öz sözünü artıq demiş insanlardır. Belə şeyləri görüb çox təüssüflənirəm”.

hqdefault (3)

Gununsesi.info