Arif Babayevin sənətə verdiyi töhfələr xalqımızın mədəni irsində daim yaşayacaq - Nazirlik

  • By Günel
  • 01 Avqust 2025 09:05

Mədəniyyət Nazirliyi Xalq artisti Arif Babayevin vəfatı ilə əlaqədar məlumat yayıb.

Gununsesi.info xəbər verir ki, məlumatda deyilir:

Azərbaycan mədəniyyətinə ağır itki üz verib.

Xalq artisti, muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayev vəfat edib.

Arif Babayev uzun illər ərzində milli musiqi sənətimizin inkişafında, muğam məktəbinin qorunub saxlanılmasında və yeni nəsil ifaçıların yetişdirilməsində böyük xidmətlər göstərib. Onun zəngin yaradıcılığı, pedaqoji fəaliyyəti və sənətə verdiyi töhfələr xalqımızın mədəni irsində daim yaşayacaqdır.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi mərhum sənətkarın ailəsinə, yaxınlarına və bütün mədəniyyət ictimaiyyətinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Gununsesi.info