Arif Babayevin vəziyyəti ağır olaraq qalır

“Vəziyyətində heç bir yenilik yoxdur, ağır-stabil olaraq qalır”.

Bu barədə Gununsesi.info -ya Xalq artisti Arif Babayevin oğlu Yaşar Babayev məlumat verib.

“Allahın izni ilə yaxşı olar. Çox çətindir”, – deyə o bildirib.

Qeyd edək ki, bir həftə öncə səhhəti pisləşən A.Babayevin müalicəsi Mərkəzi Klinikanın Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir.

Gununsesi.info