Arif Həşimov AMEA-nın müvəqqəti prezidenti OLDU

AMEA prezidentinin səlahiyyətləri birinci vitse-prezident Arif Həşimova həvalə olunub.

Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında akademik Nizami Cəfərov deyib.

HTML tutorial

N.Cəfərov vurğulayıb ki, akademik Ramiz Mehdiyevin istefası qərarı qəbul edildikdən sonra AMEA Nizamnaməsinin 9.6-cı maddəsinə uyğun olaraq Akademiya prezidentinin funksiyalarının icrası birinci vitse-prezident, akademik Arif Həşimova həvalə olundu.

Qeyd edək ki, AMEA-nın prezidenti Ramiz Mehdiyev fevralın 14-də istefa verib.

Gununsesi.info