Arif Hacılı Hacıbala Abutalıbovu məhkəməyə verəcək

  • Müəllif: admin
  • 21 Oktyabr 2017 13:06

arif

Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətini (BŞİH) məhkəməyə verəcək.

Gununsesi.info-nun xəbərinə görə, bunu partiyanın başqanı Arif Hacılı deyib.

O bildirib ki, buna səbəb BŞİH-in Müsavat Partiyasının oktyabrın 21-nə təyin etdiyi yürüşə razılıq verməməsidir.

Qeyd edək ki, icra hakimiyyəti yürüşün göstərilən yerlərdə-“Elmlər Akademiyası” və “Azadlıq prospekti” metrostansiyalarının yaxınlığında deyil, Yasamal rayonundakı keçmiş “Məhsul” stadionunda keçirilməsini təklif edib.

Gununsesi.info