Arif Quliyevin ailəsinin adından dələduzluq

  • By admin
  • 23 Fevral 2024 16:44

Xəbər verdiyimiz kimi, mərhum Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar insult keçirib və ağır xəstədir. 

Gununsesi.info axşam.az-a istinadən bildirir ki, mərhum aktyorun oğlu Rövşən Quliyevin adından dələduzluq edilib. Belə ki, bəzi imkanlı şəxslərə aktyorun oğlunun adından “Anama maddi yardım edin” yazılı mesaj yollanılıb.

“Elgizlə izlə” proqramında məsələyə aydınlıq gətirilib. Əməkdar artist Kübra Əliyeva bildirib ki, aktyorun evinə yollanıb və oğlunun o cür mesaj yazmadığını öyrənib:

“Həmin nömrədən gələn karta pul köçürülməsin. Həmin ailəyə yardım edən şəxs var. Heç kim pul köçürməsin. Rövşən deyib ki, anamın dərmanlarını atamın dostları alır, başqa heç nə”.

Qeyd edək ki, Gülzar Quliyeva qaraciyərindən əziyyət çəkir. O, bir neçə gün əvvəl insult keçirib.

Gununsesi.info