Xəbər verdiyimiz kimi, mərhum Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyeva ötən gün xəstəxanaya yerləşdirilib.
Aktyorun oğlu Rövşən Quliyev Axşam.az-a açıqlamasında bildirib ki, anası hazırda reanimasiyadadır:
“Həkimlər nəzarətdə saxlayır. Vəziyyəti çox ağırdır. Hər gün daha da pisləşir. Həkimlər əlindən gələni edir”.
R.Quliyev qeyd edib ki, anası sirrozdan əziyyət çəkir.