Arif Rəhimzadə kənd adlarının milliləşdirilməsinə qarşı - SOVET HÖKUMƏTİNİN YAXŞI İŞLƏRİ OLUB

  • By admin
  • 05 İyun 2018 15:28

Milli Məclisinin (MM) Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında 15 rayonunun kəndlərinin adlarının dəyişdirilməsini nəzərdə tutan layihəsi müzakirə edilib.

Gununsesi.info-nun xəbərinə görə, müzakirələr zamanı adıçəkilən komitənin sədri Arif Rəhimzadə rus adları daşıyan kəndlərin adının dəyişdirilməsinə qarşı çıxıb.

O bildirib ki, bu adların hər birinin tarixi əhəmiyyəti var: “İndi deyirlər ki, filan kəndin adını “Çəmənli” qoyaq. Bu nəyi ifadə edir? Hansı tarixi keçmişi var? Sovet hakimiyyətinin yaxşı işləri də olub. O dövrdə xidməti olan insanların adına indi kənd olması qəbahət deyil. Biz də sovet dövründə işləmişik, xalq düşməni deyilik. Bu məsələyə diqqətlə yanaşmaq lazımdır. Məsələn, Göygöl rayonunun Mixaylovka kəndinin adının dəyişdirilməsini təklif edirlər. Deyirlər ki, orada ruslar yaşamır. Amma bu, tarixdir axı… 1845-ci ildə Azərbaycan Rusiyanın tərkibində olanda rusları bu kəndə sürgün ediblər. Onlar öz xoşu ilə gəlməyiblər. Mixayılovka deyəndə bilinir ki, söhbət nədən gedir”.

Elmar