Arıqladan detokslar

  • By admin
  • 23 Sentyabr 2016 16:10

dietoks9

Dietin uğurlu olmasını istəyirsinizsə, işə ilk öncə detoksla başlamalısınız. Detoks bədəni dietə hazırlayır. O cümlədən bədəndəki şişlikləri atılmasına kömək edir.

Gununsesi.info çəki atmanıza kömək edəcək detoks reseptlərini təqdim edir.  təqdim edir:

Moruq, alma və xiyar detoksu:

 detoks1

Tərkibi:

 

1 qrafin su

100 qram moruq

1 ədəd alma

1 ədəd xiyar

1 ədəd limon

 

Hazırlanması:

Alma və xiyarları doğrayın qrafinə əlavə edin. Üzərinə moruq və limon dilimlərini də tökün. 3 saat saxladıqdan sonra içə bilərsiniz. Gün boyunca susadığınız zaman bu içkini içə bilərsiniz.

Avokado, xiyar, ispanaq və nanə detoksu

detoks2

Tərkibi:

1 su stəkanı su

1 ədəd xiyar

1 ədəd avokado

4 yarpaq ispanaq

5 yarpaq nanə

Bütün göyərtiləri blenderdən keçirin. Suyu blenderin içinə əlavə edin və təkrar qarışdırın. Üzərinə parçalanmış qoz və ya badam səpin. Zövqünüzə görə bir çay qaşığı zeytun yağı da üzərinə əlavə edə bilərsiniz.

Greyfurt, lime və limon detoksu

detoks3

Tərkibi:

1 ədəd greyfrut

1ədəd laym

1ədəd limon

1 qrafin su

Qreyfrut, laym və limonları dilimləyin və suyun üzərinə əlavə edin. Zövqünüzə uyğun olaraq, nanə yarpaqları da əlavə edə bilərsiniz. 3 saat saxladıqdan sonra içə bilərsiniz. 

Nar, ananas, limon və zəncəfil detoksu

detoks4

Tərkibi:

yarım limon

1 ədəd nar

1 stəkan ananas

300ml su

1 çay qaşığı zəncəfil

Limonu suyun üzərinə sıxın. Üzərinə narı əlavə edin. Bir stəkan blenderdən keçirdiyiniz ananası əlavə edin. Son olaraq zəncəfili əlavə edib hamısını blenderdən keçirin. 2 saat saxladıqdan sonra içə bilərsiniz.

İspanaq, nanə, limon, xiyar və cəfəri detoksu

detoks5

Tərkibi:

3 stəkan ispanaq yarpağı

1 ədəd xiyar

yarım limon

5 yarpaq nanə

yarım su stəkanı cəfəri

1 qrafin su

İspanaq, xiyar, nanə və cəfərini blenderdən keçirin. 1 qrafin su ilə qarışdırıb təkrar blenderdə qarışdırın. Son olaraq limonu dilimləyib suya əlavə edin. 3 saat saxladıqdan sonra gün ərzində için.

Portağal, alma, lime və kök detoksu

detoks6

Tərkibi:

1 ədəd portağal

1 ədəd kök

2 alma

1 armud

Portağal

Kök

alma

armudu

Meyvələri dilimləyib sonra blenderdən keçirin.

detoks7 

Nar və alma detoksu

Tərkibi:

1 ədəd nar

1 ədəd alma

 Nar dənələrini və almanı blenderdən keçirin. Nuş olsun

Laym, limon, nar, nanə detoksu

dietoks9

Tərkibi:

1 ədəd lime

 1 ədəd limon

 3 ədəd nar

5 sap nanə yarpağı

Öncə narın suyunu çıxarın. Bir qrafin suya nar suyunu əlavə edin. Üzərinə dilimlədiyiniz laym və limonu da əlavə edin. Ən son nanə ilə birlikdə qarışdırın. Təqribən 5 saat soyuducuda saxlayın və gün ərzində için.

Limon detoksu

limon

1 qrafin suya dilimlərə böldüyünüz limonları əlavə edin və 1 gün ərzində soyuducuda saxlayın. Səhəri gün için. 

Gülnaz Qənbərli

Gununsesi.info