Arıqlamaq istəyənlərə - Bibəriyə

  • By Mayil
  • 08 Oktyabr 2016 14:11

 

biberiye

Bibəriyə o qədər faydalı bir bitkidir ki, faydalarını saymaqla tükənməz.

Gununsesi.info bu bitkinin zəngin faydalarını təqdim edir. Bibəriyə revmatizmdən əziyyət çəkənlər üçün əvəzolunmaz bir nemətdir, nəinki revmatizm bütün iltihablı xəstəliklər üçün çox faydalıdır.

Bibəriyə çox güclü  immuntet artırıcıdır. Ən azından bu faydasına görə heç olmasa həftədə 1-2 dəfə bibəriyyə çayını içməyə dəyər. Bibəriyə çox güclü əsəb sakitləşdiricidir. Əgər axşam yatmağınızda problem varsa, çox əsəbləşirsinizsə, sizin üçün çox faydalı olacaq. Saç tökülməsində bibəriyə çox faydalıdır. Belə ki, bibəriyə saç köklərini dərinləşdirir, kəpəklənməni götürür. Yuyunduqdan sonra 1 xörək qaşığı bibəriyəni 1 stəkan suda dəmləyin və sonda saçlarınızı bu su ilə yaxalayın.

Dəri səpmələrində, qaşınmalarda, diatezlərdə bibəriyə dəmləməsində isladılmış pambıq əskini dəri üzərinə qoyun. Bibəriyə dəmləməsi ilə boyunu, saç diblərini, qulaq diblərini masaj edən zaman baş ağrısı keçir. Bibəriyə 15 əsrdir ki xalq təbabətində istifadə olunur. Sübut olunmuşdur ki, 2-3 gündən bir bibəriyə çayı içən adamlarda skleroz və alzaymer xəstəliyi olmur. Arıqlamaq istəyənlər üçün faydalıdır, beləki bibəriyyə başqa arıqladıcı vasitələrdən fərqli olaraq işlədici təsir göstərmir. Yalnız iştahı zəiflədir,  bu isə artıq çəkidə xilas olmaq üçün  daha mükəmməl vasitədir.

Arıqlamaq istəyənlər, bibəriyəni həyətyanı sahələrinizdə dibçəklərə əkin və həmişə təzə-təzə dərib istifadə edin. Gözəl ətri vardır, həmişəyaşıl bitkidir. Bakıda botanika bağında (Mərdəkandakı dendrali parkında) çox yayılmışdır. Bir balaca köklü olanı əksəniz, yayılıb çoxalan bir bitkidir. Təzə bibəriyəni yığıb üstünə zeytun yağı tökün, ağzını bağlayın, isti bir otaqda 10 gün saxlayın, sonra bundan ağrılar zamanı məsələn, qulunc olanda, revmatizmdə, oynaq ağrılarında masaj edin, çox ağrıkəsici və fərahladıcı bir təsiri vardır. Bu yağ səpgiləri, sızanaqları və akneləri də götürür. Ağız qoxusunu götürür, beləki, dəmləməsi ilə qarqara da edə bilərsiniz, təzə yarpaqlarını çeynəyə də bilərsiniz. Mədə-bağırsaq yarasında, helikobakteri, pilori bakteriyası varsa çayının içilməsi çox faydalıdır. Bibəriyə çayı yüngül işlədicidir, mədə bağırsağın hərəkətini artırır, bununla da köpü götürür.

Bəzi adamlar deyirlər ki. yediyim yemək mədəmdə qalıb. Belə adamlar bir hissə bibəriyə, bir hissə kəcəvər kökü bir-birinə qarışdırıb çayını içsinlər. Böyrək ağrılarında, soyuqdəymələrdə və ödəmlərdə bu çayın gündə 3 dəfə içilməsi faydalıdır. Sidikqovucu  təsiri var.

Hamiləlik zamanı və südverən anaların içməsi məsləhət deyildir.

Gülnaz Qənbərli

Gununsesi.info