Armen Qriqoryan İrəvanda saxlanıldı

  • By admin
  • 17 May 2022 19:56

Ermənistan hakimiyyətinə müxalif mövqeyi ilə tanınan kinoprodüsser Armen Qriqoryan İrəvanda saxlanılıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə erməni hüquq müdafiəçisi Ruben Məlikyan deyib.

Onun sözlərinə görə, Qriqoryan zorakılığa çağırışda ittiham edilir.

Qeyd edək ki, A.Qriqoryan Ermənistanın iki dəfə çempionluq qazanmış ilk KVN komandasının üzvü olub. O, həmçinin anti-Rusiya mövqeyi ilə də seçilir.

Gununsesi.info