
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın avtomobili qəzaya uğrayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Shamshyan.com” məlumat yayıb.
Qəza bu gün paytaxt İrəvanda yerli vaxtla saat 08:30-da olub.
Bildirilib ki, hadisə vaxtı Qriqoryan özü maşında olmayıb. Avtomobili onun sürücüsü idarə edib.
Polisin məlumatına görə, hər iki avtomobilin sürücüsü yol-nəqliyyat hadisəsinə görə bir-birini ittiham ediblər.
Gununsesi.info