Arşavin evləndi 

  • By admin
  • 01 Sentyabr 2016 21:16

ar

 

Rusiyalı futbolçu Andrey Arşavin bir neçə ildir sevgili olduğu Alisa Kazmina ilə evlənib.

Gununsesi.info-nun “Life.ru”ya istinadən verdiyi məlumata görə, sentyabrın 1-də Sankt-Peterburqda keçirilən toyda ancaq cütlüyün ailə üzvləri və dostları, eləcə də Alisanın birinci evliliyindən olan uşaqları iştirak edib.

Qeyd edək ki, A. Arşavin bundan öncə Yuliya Baranovsaya ilə vətəndaş nikahında olub. Cütlük 9 il birlikdə yaşayıb. Bu müddətdə onların 3 uşağı dünyaya gəlib. Arşavin və Baranovskaya 2012-ci ildə ayrılıb.

 

Gununsesi.info