“Arsenal” evdə, “Tottenhem” səfərdə qələbə qazanıb

  • By admin
  • 16 Fevral 2020 22:41

İngiltərə Premyer Liqasında XXVI turun mübarizəsi davam edir.

Gununsesi.org-un məlumatına görə, bu gün daha 2 oyun keçirilib.

Çempionlar Liqasına düşməyi hədəfləyən “Tottenhem” Birmingemdə elitada qalmağa çalışan “Aston Villa”nın qonağı olub. Ev sahibləri avtoqol sayəsində ilk dəqiqələrdə hesabı açsalar da, London təmsilçisi təslim olmayıb və son dəqiqə qolu ilə əzmkar qələbəyə sevinib.

Eyni xalla turnir cədvəlinin ortalarında qonşu olan “Arsenal”la “Nyukasl” Londonda üz-üzə gəliblər. Paytaxt təmsilçisi ikinci hissədə vurduğu qollarla rəqibi darmadağın edib.

Turun son oyunları fevralın 17-də (“Çelsi” – “Mançester Yunayted”) və 18-də (“Mançester Siti” – “Vest Hem”) keçiriləcək.

İngiltərə Premyer Liqası
XXVI tur
16 fevral
“Aston Villa” – “Tottenhem” – 2:3

Alderveyreld, 9 (avtoqol); Engels, 53 – Alderveyreld, 27; Hun-Min Son, 45+2, 90+4
“Arsenal” – “Nyukasl” – 4:0
Obameyanq, 54; Pepe, 57; Özil, 90; Lyakazett, 90+5

1  Liverpul 26 25 1 0 61-15 76
2  Mançester S. 25 16 3 6 65-29 51
3  Lester 26 15 5 6 54-26 50
4  Çelsi 25 12 5 8 43-34 41
5  Tottenhem 26 11 7 8 43-34 40
6  Şeffild Y. 26 10 9 7 28-24 39
7  Vulverhempton 26 8 12 6 35-32 36
8  Everton 26 10 6 10 34-38 36
9  Mançester Y. 25 9 8 8 36-29 35
10  Arsenal 26 7 13 6 36-34 34
11  Bernli 26 10 4 12 30-39 34
12  Sauthempton 26 9 4 13 32-48 31
13  Nyukasl 26 8 7 11 24-40 31
14  Kristal Pelas 26 7 9 10 23-32 30
15  Brayton 26 6 9 11 31-38 27
16  Bornmut 26 7 5 14 26-40 26
17  Aston Villa 26 7 4 15 34-50 25
18  Vest Hem 25 6 6 13 30-43 24
19  Uotford 26 5 9 12 24-40 24
20  Norviç 26 4 6 16 24-48 18

 

 

 

Gununsesi.org