“Arsenal” ın sabiq baş məşqçisi Unai Emeri “Monako”ya rəhbərlik edə bilər.
Gununsesi.org-un məlumatına görə, bu barədə “Le10sport” mənbəyə istinadən xəbər yayıb.
Mənbənin bildirdiyinə görə, ispaniyalı mütəxəssis hazırkı baş məşqçi Leonard Jardimi əvəz edə bilər. Lakin, klub rəhbərliyi hələ ki, Emeri ilə danışıqlar aparmayıb. Amma məşqçi Marselino Garsiya Toral və Loran Blan ilə birlikdə prioritet seçimlərdən biridir.
Xatırladaq ki, 48 yaşlı Emeri cari ilin noyabr ayının sonlarında bir neçə uğursuz nəticələrdən sonra “Arsenal” ın baş məşqçisi vəzifəsindən kənarlaşdırılıb.
Gununsesi.org