“Arsenal” Peresi artıq lazım bilmədi

  • By admin
  • 03 Avqust 2017 23:40

peres-aresnal

“Arsenal”ın baş məşqçisi Arsen Venger komandanın hücumçusu Lukas Peresin ayrılacağını açıqlayıb.

Gununsesi.info-nun Apasport.az-a istinadən məlumatına görə, fransalı mütəxəssis İngiltərə mətbuatına açıqlamasında Peresin növbəti mövsümdə komandada olmayacağını deyib.

“Peresi itirmək istəmirdim, ancaq komandada çox sayda hücumçu var və daha artıq rəqabət istəmirəm. Ona heyətdə yer sözü də verə bilmərəm. Çünki hücumçu sayımız çoxdu” – deyə Venger bildirib.

Qeyd edək ki, Peres “Arsenal”a ötən yay, 20 milyon avro qarşılığında “Deportivo”dan transfer edilib. İspan hücumçunun xidmətində “Fənərbaxça” və “Deportivo”yla yanaşı, “Sevilya”, “Betis” və “Nyukasl” da maraqlıdı.

Gununsesi.info