“Arsenal”ın ulduzu “Barselona”ya keçdi

  • By admin
  • 02 Fevral 2022 15:11

İspaniya “Barselona”sı İngiltərənin “Arsenal” komandasından qabonlu futbolçu Pyer-Emerik Obameyanqı heyətinə qatıb.

Gununsesi.info Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı hücumçu ilə 2025-ci ilin yayınadək müqavilə imzalanıb.

Anlaşmaya əsasən, tərəflər 2023-cü ildə sözləşməyə qarşılıqlı razılıq əsasında xitam verə bilərlər. Klub afrikalı oyunçuya 100 milyon avro təzminat qiyməti qoyub.

33 yaşlı forvard ötən ilin dekabrında intizamsızlığına görə London təmsilçisinin əsas komandasından kənarlaşdırılıb, həmçinin ondan kapitanlıq sarğısı alınıb.

Qeyd edək ki, bu mövsüm “Arsenal”da 14 oyun keçirmiş Pyer-Emerik Obameyanq 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

 

 

Gununsesi.info