“Artıq açıqlamağa ehtiyac var, sinəm yanmışdı” - PƏRVİN ABIYEVA

  • By admin
  • 19 İyul 2017 13:58

pervin abiyeva

Aktrisa Pərvin Abıyeva sosial şəbəkədə illərdir sevənlərini maraqlandıran sualı cavablandırıb. 

Gununsesi.info xəbər verir ki, Pərvin qolundakı yanıq ləkəsinə aid maraqlı açıqlama verib:

“Neçə vaxtdır ki, hamı məndən qolumdakı izi soruşur, düşünürəm ki, açıqlama verməyə ehtiyac var. Bu 1 yaşımdan qalma yanıq ləkəsidir. Üstümə çay dağıtmışdım, üzüm, sinəm və qolum yanmışdı. Qoluma sarğı bağladıqları üçün yanığın ləkəsi qalıb. Körpəliyimdən od məni çəkir, hətta bilə-bilə tonqalın içinə girirdim, bir sözlə, çaya və istiyə olan sevgi məndə uşaqlıqdan var. Yeni, belə yanıq ləkələri məndə balaca da olsa, çox var”.

Gununsesi.info