Artıq çəkidən xilas olmanın təhlükəsiz yolu

  • By admin
  • 31 Yanvar 2018 20:57


Köklükdən əziyyət çəkən insanlar arasında əməliyyat yolu ilə arıqlayanların ölüm riski müxtəlif pəhrizlərdən istifadə edənlərlə müqayisədə daha azdır.

Gununsesi.info-nun məlumatına görə, bir qrup israilli alim bu qənaətə gəlib.

Məlumata görə, təcrübələr 2005-ci ildən 2014-cü ilədək 8500-ə yaxın şəxs üzərində aparılıb.

Qeyd olunur ki, müşahidələr əsasən pəhrizlə müalicə olunmağa qərar verən şəxslər üzərində aparılıb.

Məlum olub ki, piylənmənin müalicəsi ilə bağlı əməliyyatlar ölüm riskini azaldır.

Gununsesi.info