
Şəhidlər haqqında səsləndirdiyi fikirlərinə görə tənqid olunan modelyer Nur Yerlitaş dəyişərək başqa biri olub.
Gununsesi.info xəbər verir ki, modelyer inanılmaz dərəcədə arıqlayıb. Əməliyyat keçirmədən ötən il 11 kiloqram çəki atan Nur daha da zəifləyib.
Xüsusi pəhriz proqramı tətbiq etdiyini deyən Yerlitaş az yediyi üçün mədəsinin həcminin kiçildiyini və bununla da heç bir əməliyyata ehtiyac qalmadığını deyib.
Nurun yeni görünüşü isə sosial şəbəkə izləyicilərini modelyerin pəhrizlə bu qədər arıqlayacağına şübhələndirib. Onlar Yerlitaşın gizlicə mədəkiçiltmə əməliyyatı keçirdiyini bildiriblər.
Gununsesi.info