Artıq marketlərdə tərkibində un qurdu olan məhsullar satılacaq

Fevralın 10-dan etibarən Aİ bazarlarında çörək, tortlar, makaron məmulatları, emal olunmuş kartof məhsulları, pendir, süd məhsulları və tərkibində ultrabənövşəyi radiasiya ilə işlənmiş un qurdu sürfələri tozu olan mürəbbələr satıla biləcək.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Aİ Komissiyası tərəfindən hazırlanan və ultrabənövşəyi radiasiya ilə işlənmiş un qurdu (Tenebrio molitor) sürfələrinin yeni qida olaraq bazara çıxarılmasına icazə verən tənzimləmə AB Rəsmi Jurnalında dərc olunub.

Belə ki, ultrabənövşəyi şüalarla işlənmiş un qurdu sürfələri tozu Aİ-nin yeni qidalar siyahısına əlavə edilib və fevralın 10-dan onun Aİ bazarında satışına icazə verilib.

Bu çərçivədə Fransanın Nutri Earth şirkəti çörək, tortlar, makaron, emal edilmiş kartof məhsulları, pendir, süd məhsulları və tərkibində un qurdları olan mürəbbələri yeni bir şirkət icazə alana qədər 5 il müddətində bazara çıxara biləcək.

Bu məhsulların etiketlərində ultrabənövşəyi şüalarla müalicə olunmuş un qurdlarının sürfələri olduğu və allergik reaksiyalara səbəb ola biləcəyi açıq şəkildə göstəriləcəkdir.

Orxan Saffari

Gununsesi.info