Artıq ölkədəyəm - ƏLİ HƏSƏNOV

  • By admin
  • 30 Dekabr 2019 19:38

 

“Mən dünən- 29 dekabr 2019-cu il tarixində axşam saatlarında Azərbaycana qayıtmışam. Artıq evimdəyəm”. 

Bu sözləri Gununsesi.org-a açıqlamasında Prezidentin sabiq köməkçisi Əli Həsənov deyib.

Qeyd edək ki, bir neçə gün əvvəl xaricə müayinə üçün gedən sabiq köməkçinin hava limanından geri qaytarılması barədə sosial şəbəkə və mediada xəbərlər yayılmışdı.

Həmin vaxt bu xəbərləri təkzib edən Əli Həsənov müayinə üçün xaricə getdiyini ancaq sərhəddə belə problem yaşamadığını bildirib.

Saytımıza açıqlamasında isə Əli Həsənov müayinəsinin müsbət sonunclandığını deyib: “Şükr, yaxşlılıqdır. Evimdəyəm, istirahət edirəm”. 

Elmar

Gununsesi.org