“Artıq ölkəmiz kosmik dövlətlər sırasında yer alır” - Əli Əsədov

  • By admin
  • 23 Dekabr 2021 09:42

“İqtisadi müstəqilliyin nailiyyətləri bütün sahələrə sirayət edir. Davamlı sosial islahatlar həyata keçirilir, mədəniyyətin, incəsənətin tərəqqisi təmin olunur, elmin, təhsilin, yeni texnologiyaların, İKT-nin və kosmik sənayenin inkişafına böyük diqqət yetirilir. İndi artıq ölkəmiz kosmik dövlətlər sırasında yer alır”.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov bildirib.

HTML tutorial

“Ölkə iqtisadiyyatı dəqiq düşünülmüş proqramlar, dövlətimizin başçısının bu sahədə müəyyənləşdirdiyi islahatlar çərçivəsində uğurla inkişaf etdirilir. Sənayeləşmə sürətlə aparılır, ümumi daxili məhsul istehsalında qeyri-neft sektorunun xüsusi çəkisinin artırılması, idxal asılılığının azaldılması, ölkə üçün vacib olan strateji məhsulların istehsalı diqqət mərkəzindədir. Aqrar sektora dövlət dəstəyi ilə regionlarda aqropark və yerli fermer təsərrüfatlarının, eləcə də aqroservislərin və logistik mərkəzlərin yaradılması, yeni torpaqların dövriyyəyə cəlb edilməsinə, içməli və suvarma suyu ilə təchizatın daha da yaxşılaşması, qeyri-neft sektorunun, əlverişli biznes mühitinin, sahibkarlığın, innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı, yol-nəqliyyat və digər infrastruktur layihələrinin icrası, elektrik enerjisi sisteminin generasiya gücünün yüksəldilməsi, yerli məhsulların ixrac coğrafiyasının genişləndirilməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması iqtisadiyyatın inkişafının mühüm istiqamətləridir. Azərbaycan bu gün özünün elektrik enerjisinə daxili tələbatını tam ödəməklə yanaşı, onu ixrac edən ölkəyə çevrilib.

Bir vaxtlar dünyadakı bəzi dairələrin gerçəkləşəcəyinə skeptik yanaşdığı, hətta müəyyən vasitələrlə mane olmağa cəhd göstərdiyi Bakı-Tbili-Qars dəmir yolunun tikilib istifadəyə verilməsi Prezident İlham Əliyevin özünəməxsus qətiyyətinin və təşəbbüsçüsü olduğu irimiqyaslı layihələrin gələcəyinə dərin inamının təcəssümüdür. Tarixi İpək yolunun bir hissəsi, dünyanın 100 böyük layihəsindən biri olan və iki qitəni ən qısa yolla birləşdirən bu beynəlxalq nəqliyyat infrastrukturundan indi Azərbaycan, Türkiyə və Gürcüstanla yanaşı, Çin, Qazaxıstan, Orta Asiya və Avropa ölkələri də böyük fayda götürürlər”, – Baş nazir əlavə edib.

Gununsesi.info