“Artıq Qarabağda sülhməramlılara ehtiyac qalmır” – Rusiyadan açıqlama

“Dağlıq Qarabağ Respublikası” ləğvi barədə qərar hərbi əməliyyatların dayandırılması baxımından müsbətdir.

Gununsesi.info Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Viktor Vodolatski deyib.

“Ermənistan və onun lideri Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb, indi çox uzun müddət mövcud olmuş “respublika”nın ləğvi prosesi gedir. İndi Qarabağı tərk edənlərin bir qismi Ermənistanda, bir qismi də Rusiyada yaşayacaq. Azərbaycan bu ərazidə orada qalacaq insanların normal yaşaması üçün şərait yaradacaq, çünki bura artıq bütün hakimiyyət orqanları ilə onların ərazisidir.

Təbii ki, bizim orada yerləşən sülhməramlı kontingentimiz böyük ehtimalla əhəmiyyətsiz olacaq”, – deputat bildirib.

Onun iddiasına görə, Rusiya üçün əsas odur ki, silahlı münaqişələr, toqquşmalar olmasın, insanlar ölməsinlər:

“Bizim üçün əsas odur ki, Qarabağın hüdudlarından kənarda alovlana və genişlənə biləcək qaynar nöqtə yoxdur. Cənubi Qafqazda sabitlik Rusiya üçün vacibdir ki, qarşıdurma, ən əsası isə düşmənçilik olmasın”.

 

Gununsesi.info