“Artıq sanksiyalar paketi hazırdır” - ABŞ-dan Rusiyaya xəbərdarlıq

  • By admin
  • 19 Fevral 2022 15:20

ABŞ-ın vitse-prezidenti Kamala Harris Rusiyaya xəbərdarlıq edib.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, o, Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı NATO müttəfiqlərinin Kremlə qarşı ciddi sanksiyalar paketi hazırladığını diqqətə çatdırıb.

“Rusiya dialoq üçün imkanlar pəncərəsini daraltmağa davam edir. O, buna hazır olduğunu deyir. Əgər Moskva bu ritorikanı davam etdirərsə, biz Moskvaya ciddi sanksiyalar tətbiq edəcəyik. Artıq sanksiyalar paketi hazırlamışıq. Onlar kifayət qədər sərtdir”, – vitse-prezident vurğulayıb.

Gununsesi.info