“Artıq xarici dildəki terminlər şüurumuza hopub, bunu dəyişmək asan deyil” - MİLLƏT VƏKİLLƏRİ

  • By admin
  • 29 Noyabr 2016 13:45

reklam

Dövlət dili istifadə qaydaları sərtləşdirlir. Bu məsələ “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunan nəzərdə tutulur.

Gununsesi.info xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında adı çəkilən qanuna dəyişiklik məsələsi müzakirə olunub.

Qanuna dəyişklik barədə məlumat verən parlamentin Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov bildirib ki, bu qaydalar əsasən reklamla bağlıdır. “Çünki bu gün reklamlar zamanı ana dili ilə bağlı ciddi qanun pozuntularını müçahidə edirik. Ona görə də bu dəyişiklik ana dilinin qorunmasına və onun daha düzgün istifadə olunmasına şərait yaradacaq”, deyə, komitə sədri vurğulayıb.

Komitə sədri onu da əlavə edib ki, reklam zamanı ana dili ilə yanaşı xarici dildən də istifadə olunacaq. Bununla bağlı qanunun 7-ci maddəsinə dəyişiklik edilib. Qanunun 7.1-1 maddəsi aşağıdakı redaksiyada verilməsi nəzərdə tutulu: “Reklamvericinin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində Azərbaycan Respublikasının dövlət dili ilə yanaşı digər dillərdən istifadə oluna bilər. Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən kiçik olmalı və reklamın yerləşdiyi ümumi sahənin üçdə birindən çox olmamalıdır. Mətndə digər dillərdə ifadə olunan əmtəə nişanı və coğrafi göstərici müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydə alındığı formada göstərilməlidir”.

Qanun layihəsinin müzakirəsi zamanı çıxış edən millət vəkili bildirdi ki, bu gün edilən dəyişiklər bir növ daldan atılan daşa bənzəyir. “Artıq xarici dildəki terminlər şüurumuza hopub və bunu dəyişmək elə də asan məsələ deyil. Ona görə də dövlət dili haqqında qaydalara ciddi nəzarət olunmalıdır”- deyə, o bildirib.

Millət vəkili Fəzail Ağamalı bildirib ki, bu gün Bakı şəhərində hər 10 reklamdan 8-i xarici dildə yazılır: “Ona görə də bu istiqamətdə ciddi və konkret addımlar atılmalıdır. Digər məqam isə ondan ibarətdir ki, reklamla yanaşı digər dillərdə də rekalm ola bilər. Bunu anlaya bilmirəm. Mənə elə bir ölkə göstərin ki, orada öz dili ilə yanaşı digər reklama icazə versin. Onada belə çıxır ki, erməni sabah Azərbaycanda erməni dilində, ingilisin ingilis, ərəbin ərəb dilində reklam vermək hüququ var. Bu müddəa qanundan çıxarılmalıdır”.

Millət vəkili Hikmər Babaoğlu isə hava limanlarında, otel sektoru və yay, qış turizm məkanlarında orada xidmət göstərən əməkdaşların xarici dildə danışmasında narahatçılığını dilə gətirdi: “Bu hallara yol vermək olmaz. Qanuna nəzərdə tutulan dəyişikliyə gəldikdə bu yerində olan dəyişiklikdir. Çünki şəhərdə reklam qaydalarına riayət olunmur və buna məhəl qoyulmur.Bütün bunalrı nəzərə alaraq reklam qaydalarını pozanları qarşı sərt cəzalar tətəbiq edilsin”.

Komitə sədri R. Hüseynov bildirdi ki, qanuna dəyişiklik elə dövlət dilinin daha təkmil qaydada riaytə edilməsinə xidmət edir. Komitə sədri əlavə edib ki, xarici dildə reklama ola bilər və qanunda öz əksini tapıb. Qanuna dəyişiklik müzakirələrdən sonra qəbul edildi.

Mürtəza

Gununsesi.info