
Amerikalı texnologiya şirkətindən maraqlı həmlə edilib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin Kaliforniya bölgəsində olan bir texnologiya şirkəti virtual gerçəklik eynəyi sayəsində insanların xatirələrini canlandırmağı və o anları yenidən yaşatmağı hədəfləyir.
“Wist Labs” texnologiya şirkəti “İmmersive Memories” (Sürükləyici Xatirələr) adını verdiyi bir tətbiq hazırlayıb.
Woah this a real app https://t.co/xCklq6bYOG
— Joe Crotchett (@joecrotchett) February 22, 2023
İşlədicilər ağıllı telefonları ilə qeyd etdiyi videoları bu tətbiqə yükləyir və 3 ölçülü hala gəlir.
Bu sayədə videodakı obrazlar, qoloqramlara çevrilir və xatirə, virtual gerçəklik eynəyi ilə izlənə bilir.
Tərcümə: Arzu Sayadoğlu