Artıq xatirələrimiz gözümüzün önündə ola biləcək – Amerikan şirkətindən möcüzəvi yenilik / VİDEO

  • By admin
  • 28 Fevral 2023 17:39

Amerikalı texnologiya şirkətindən maraqlı həmlə edilib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin Kaliforniya bölgəsində olan bir texnologiya şirkəti virtual gerçəklik eynəyi sayəsində insanların xatirələrini canlandırmağı və o anları yenidən yaşatmağı hədəfləyir.

“Wist Labs” texnologiya şirkəti “İmmersive Memories” (Sürükləyici Xatirələr) adını verdiyi bir tətbiq hazırlayıb.

 

İşlədicilər ağıllı telefonları ilə qeyd etdiyi videoları bu tətbiqə yükləyir və 3 ölçülü hala gəlir.

Bu sayədə videodakı obrazlar, qoloqramlara çevrilir və xatirə, virtual gerçəklik eynəyi ilə izlənə bilir.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info