“Artur Rasi-zadənin fiziki durumu xarici səfərlərə əl vermir” - POLİTOLOQ

  • By admin
  • 27 Mart 2017 13:26
artur
GUAM-a üzv ölkələrin hökumət başçılarnın sammitindən azərbaycanı baş nazirin müavini təmsil edir.
Gununsesi.info “Ukrinforma”-a istiandən xəbər verir ki,
Kiyevdə GUAM-a üzv ölkələrin hökumət başçıları səviyyəsində sammiti öz işinə başlayıb. Toplantıda Ukraynanın baş naziri Vladimir Qroysman, Gürcüstanın baş naziri Georgi Kvirikaşvili, Moldovanın baş naziri Pavel Filip iştirak edir, Azərbaycanı isə baş nazirinin müavini İsmət Abasov təmsil edir.
Məsələ ilə bağlı öz mövqeyini açıqlayan politoloq Elxan Şahinoğlu öz Facebook səhifəsində qeyd edib ki, Baş nazir Artur Rasi-zadəyə Allah can sağlığı versin: “Ancaq aydındır ki, yaşı 80-i ötmüş hökumət başçısının fiziki imkanları uzun təyyarə uçuşlarına, xarici səfərlərə əl vermir. Bizə fikrini sərbəst ifadə edə bilən, daima hərəkətdə olan çevik baş nazir lazımdır. Azərbaycandan başqa Kiyevdə bir araya gələn baş nazirlərin yaşları 50-i keçmir, yəni Artur Rasi-zadədən 30 yaş kiçikdirlər, onlar çevikdirlər, dunyanın istənilən nöqtəsinə gedib danışıqlar aparırlar, ölkələrində iqtisadi islahatlara cavabdehdirlər. Ancaq əgər Azərbaycanda vitse-prezidentlər institutu yaradıldıqdan sonra bizə baş nazir lazım deyilsə, onda Artur Rasi-zadəni çoxdan qazandığı təqaüdə göndərmək lazımdır”- deyə, o, qeyd edib.
Mürtəza
Gununsesi.info