Artur Rasizadənin deputat qohumu federasiya prezident seçildi

  • By admin
  • 23 Dekabr 2016 15:05

xanlar-fetiyev

Azərbaycan Üzgüçülük Federasiyasının hesabat-seçki konfransı keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya bildiriblər ki, konfransda Federasiyasının prezidenti vəzifəsinə səsvermə olub. Milli Məclisin deputatı, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev yenidən bu vəzifəyə seçilib. Beləliklə, o, 2017-2020-ci illərdə Federasiyaya rəhbərlik edəcək.

Xatırladaq ki, X.Fətiyev 2012-ci ilin iyulundan Azərbaycan Üzgüçülük Federasiyasının prezidentidir.

Onu da qeyd edək ki, Gəncə şəhərindən deputat seçilən X. Fətiyev baş nazir Artur Rasizadənin qohumudur.

Gununsesi.info