Arutyunyan erməni jurnalisti təhdid edir

  • By admin
  • 12 Fevral 2022 21:06

Qarabağdakı rus sülhməramlı kontingentin məsuliyyət zonasında fəaliyyətini davam etdirən erməni baş separatçı Araik Arutyunyan “Politik.am” informasiya portalının rəhbəri Boris Murazini təhdid edib.

Gununsesi.info xəbər verir ki, bu barədə B.Murazi sosial şəbəkə hesabında yazıb.

“Bir müddət əvvəl Araik Arutyunyanın tapşırığı ilə redaksiyaya 10 nəfər gəlib və özlərini ölən əsgərlərin valideynləri kimi təqdim ediblər. Onlar bildiriblər ki, mən A.Arutyunyanın əlehinə sözlərimə görə cavab verməliyəm. Məni redaksiyada görmədən gediblər, ancaq bundan sonra onlardan biri mənə zəng etdi və görüş tələb elədi”, – Murazi bildirib.

Murazi bildirib ki, insidentin səbəbi Araik Arutyunyan haqda yazdığı “Qarabağı satıb” ifadəsidir.

Gununsesi.info